2025-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə sektorunda dövriyyə göstəriciləri əhəmiyyətli artım nümayiş etdirib.
Qiymətli metalların hasilatı yüksəldi, amma ehtiyatlar azaldı
FED.az bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Hesabat dövründə ictimai iaşə dövriyyəsi 1 milyard 990,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 321,9 milyon manat 13,2 faiz artım deməkdir.
Sektorun strukturunda özəl sahibkarlığın payı hələ də üstünlüyünü qoruyur. Özəl sektorda dövriyyənin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə fiziki şəxslərin payına düşüb. Müqayisə üçün, 2024-cü ilin müvafiq dövründə bu nisbət 51,2 və 48,8 faiz idi, yəni struktur baxımından ciddi dəyişiklik baş verməyib.
Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ildə 1 milyard 7,9 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 161,4 milyon manat və ya 13 faiz çoxdur. 2024-cü ilin eyni dövründə isə bu göstərici 846,5 milyon manat idi və 2023-cü ilə nisbətən 11,6 faiz artım qeydə alınmışdı.