Ötən ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə bəzi qeyri-neft sektoru üzrə özəl şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə əhəmiyyətli artım müşahidə olunub.
Azərbaycana ən çox valyuta gətirən – ÖZƏL VƏ DÖVLƏT ŞİRKƏTLƏRİ - SİYAHI, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilib.
Məlumata görə, ixrac gəlirləri ən çox artan şirkət “PRIME LM” MMC olub. Belə ki, cari ilin ilk üç ayında 10 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. 2025-ci ilin birinci rübündə şirkətin ixracdan gəlirləri olmayıb.
İxrac gəlirləri ən çox artan digər şirkətlər "AGRARCO" MMC və "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC olub. Bu şirkətlərin ixrac gəlirləri illik müqayisədə müvafiq olaraq 4,7 dəfə və 4,6 dəfə artıb.
İxracdan əldə etdiyi gəlirlərində artımın nisətən az olduğu şirkət isə "KHAN-EL" MMC olub. Şirkətin ixrac gəlirləri illik müqayisədə 1,5 milyon ABŞ dolları və ya 18,3% artıb.
Qeyri-neft sektoru üzrə özəl şirkətlərin ixracdan əldə etdikləri gəliri daha ətraflı:
|
S/N |
Şirkətin adı |
İxrac gəlirləri 2025-ci ilin birinci rübü (Min ABŞ dolları) |
İxrac gəlirləri 2025-ci ilin birinci rübü (Min ABŞ dolları) |
İxrac gəliri dinamikası |
|
|
Mütləq |
% |
||||
|
1 |
“PRIME LM” MMC |
0 |
10 000 |
10 000 |
100% |
|
2 |
"AGRARCO" MMC |
5 900 |
27 600 |
21 700 |
4,7 dəfə |
|
3 |
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC |
6 100 |
27 800 |
21 700 |
4,6 dəfə |
|
4 |
“AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi |
20 900 |
85 300 |
64 400 |
4,1 dəfə |
|
5 |
"TABATERRA" MMC |
5 400 |
11 500 |
6 100 |
2,1 dəfə |
|
6 |
"Prime Cotton” MMC |
22 100 |
43 200 |
21 100 |
95,50% |
|
7 |
"Baku Steel Company" QSC |
11 700 |
19 900 |
8 200 |
70,10% |
|
8 |
“MORS TRADING" MMC |
5 900 |
8 500 |
2 600 |
44,10% |
|
9 |
"P-AQRO" MMC |
9 700 |
12 100 |
2 400 |
24,70% |
|
10 |
"KHAN-EL" MMC |
8 200 |
9 700 |
1 500 |
18,30% |














