Bu ilin birinci rübündə Azərbaycandan ən çox məhsul ixrac etməklə ölkəyə böyük məbləğdə valyuta gətirən şirkətlər məlum olub.
Azərbaycanın qeyri-neft ixracı 20%-ə yaxın artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2026-cı ilin aprel ayı üzrə “İxrac icmalı”nda əksini tapıb.
İcmala əsasən, ümumilikdə bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7% artaraq 862 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ dollarına bərabər olub.
Yanvar-mart aylarında aqrar məhsullar üzrə ixrac 26,6% artaraq 215,6 milyon ABŞ dolları, aqrarsənaye məhsulları üzrə ixrac 27,4% artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrarsənaye məhsullarının birgə ixracı 26,8% artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub.
Birinci rübdə ölkənin qeyri-neft ixracının 464 milyon manatı, yəni 53,8%-i 20 şirkətin payına düşüb. Bunlardan 10-u ən çox ixrac edən dövlət, digər 10 şirkət isə ən çox ixrac edən özəl şirkətlərdir.
Özəl şirkətlərin ilk 10-luğu dövlət şirkətlərindən daha çox məhsul ixrac edib 255 milyon dollara qarşı 209 milyon dollar.
Azərbaycandan ən çox məhsul ixrac edən özəl və dövlət şirkətləri aşağıdakılardır:

















