2023-cü ilin yanvar-sentyabr aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında ilkin formalı polipropilen dördüncü yerdə dayanıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu dövrdə 89,8 milyon dollar dəyərində ilkin formalı polipropilen ixrac olunub.
Bu da ötən illə müqayisədə 17,4 milyon dollar və ya 24% çoxdur.
2022-ci ilin müvafiq dövründə isə 72,4 milyon dollar dəyərində ilkin formalı polipropilen ixrac olunmuşdu.