Amerikalı milyarder İlon Mask (Elon Mask) Los-Ancelesdə "Tesla Diner"in ilk restoranını açıb.
Tramp: "Maskın biznesini məhv etməyəcəyəm"
FED.az xəbər verir ki, restoranın üçmərtəbəli binası 1980-ci illərin retrofuturizm tərzinə uyğunlaşdırılıb. İşə başladığı ilk gündən burada növbələr yaranıb - Tesla pərəstişkarları restoranın açılmasını bir neçə saat gözləyiblər.
Məkanın kinoteatrı var, dayanacaqda elektrik avtomobilləri üçün sürətli şarj stansiyalarından istifadə etmək mümkündür.
Restoranda klassik Amerika yeməkləri — burgerlər, hot-doglar və toyuq qanadları təqdim olunur.
İlk müştərilər artıq yavaş robot ofisiantlardan və yüksək qiymətlərdən şikayətlənirlər — Maskın burger və hot-doglarının qiyməti 9 dollardan 15 dollara qədərdir. (Marja)