ABŞ Prezidenti Donald Tramp İlon Maskın biznesinin münaqişə səbəbindən məhv edilməyəcəyini bəyan edib.
Mask dünyanın ən qabaqcıl süni intellektini təqdim edib
FED.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Hamı deyir ki, mən ABŞ hökumətinin külli miqdarda subsidiyalarının hamısını olmasa da, bir hissəsini götürüb Elonun şirkətlərini məhv edəcəyəm. Səhv! Mən Elonun və ölkəmizdəki bütün sahibkarların heç vaxt olmadığı kimi çiçəklənməsini istəyirəm. Onlar nə qədər yaxşı olsa, ABŞ da bir o qədər güclü olar,” – deyə ABŞ lideri bildirib. (Trend)