2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində 342,5 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-mart ayına nisbətən 9,1% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,5% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.
Təkcə mart ayı ərzində əhali 112,5 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları alıb.