2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində 671,1 milyon manatlıq içki və tütün məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-mart ayına nisbətən 1,8% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,6% faizi içki və tütün məhsullarının alınmasına sərf olunub.
Təkcə mart ayı ərzində əhali 226,7 milyon manatlıq içki və tütün məhsulları alıb.