“SAR Caspian” MMC nizamnamə kapitalını 8,5 dəfə - $70,6 minə qədər azaldır.
Eləcə də bax: “Gilan” brendindən imtina edən törəmə şirkətlərin sayı - 10-u KEÇDİ
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, şirkətin elanına əsasən, nizamnamə kapitalının azaldılması qərarı “SAR Caspian” MMC-nin təsisçisi Rauf İskəndər oğlu Xəlilov tərəfindən qəbul olunub.
Eyni zamanda, elanda $600 min təşkil edən nizamnamə kapitalının azaldılması səbəbi qeyd olunmur. “SAR Caspian” MMC 2020-ci il noyabrın 27-də vergi orqanlarında dövlət qeydiyyatından keçib. Qeydiyyata alındığı zaman cəmiyyətin nizamnamə kapitalı $300 min təşkil edib. **