Azərbaycanda işədüzəltmə şirkətlərinin vahid reyestri yaradılacaq.
Eləcə də bax: Hökumət işsizliyə qarşı mübarizəni - BELƏ APARACAQ - TƏDBİRLƏR - PLANI
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin bu gün, fevralın 13-də təsdiqlədiyi «Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün TƏDBİRLƏR PLANI»nda nəzərdə tutulub.
Sənədə əsasən, işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestri yaradılmalıdır. Bui şin əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilib.
Amma prosesə, ASAN Xidmət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Həmkarlar İttifaqı və Sahibkarlar Konfederasiyası da dəstək verməlidir.