"Mikro sahibkarlara ikinci mərhələdə də 250 manat maliyyə yardımı göstərilib”.
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
O bildirib ki, maliyyə dəstəyinin göstərilməsi zamanı xüsusilə həssas qruplar seçilib: “Digər sahibkarlar isə muzdlu işçilərə əməkhaqqının ödənilməsi həyata keçiriləcək. Eyni zamanda 500 milyon manatlıq kreditlərin verilməsi üçün dövlət zəmanəti veriləcək. Sahibkarlara 3 bank sahibkarlara təklif olunur. Artıq 19 milyona yaxın məbləğdə dövlət zəmanətli kreditlərin rəsmiləşdirilməsi prosesi bitmək üzrədir. 250 manat almayan sahibkarlıq subyektləri digər dövlət dəstəyinə müraciət edə bilər. İşçi saylarını əhəmiyyətli dərəcədə azaltmayan sahibkarlara ikinci mərhələdə də muzdlu işçilərinin əməkhaqqı ödənilir. Növbəti mərhələdə də həmin sahibkarların böyük əksəriyyəti əhatə olunacaq və gələn həftədən həmin vəsait onların bank kartlarına köçürüləcək”. (Apa)