“Fərdi mikrosahibkarlara birbaşa dəstəyin göstərilməsi, pandemiyadan zərərçəkən sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsinin birinci mərhələsi başa çatıb”.
Eləcə də bax: İş adamlarına dövlət dəstəyi – YENİDƏN BAŞLADI – MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
O bildirib ki, artıq ikinci mərhələyə start verilib: “44 329 fərdi mikrosahibkara dəstək göstərilib. Muzdlu işçilərə dəstək verilməsi üçün artıq siyahılar müəyyənləşdirilərək Maliyyə Nazirliyinə təqdim edilib”.