Türkiyədə son vaxtlar sürətlə yayılan böyük həcmli Alış Veriş Mərkəzləri (AVM) kiçik tacirlərin biznesinə və gəlirlərinə mane olmağa başlayıb.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sahibkarlar və Sənətkarlar Konfederasiyasının (TESK) rəhbəri Bendevi Palandöken bildirib.
Qeyd edək ki, son 5 ildə Türkiyədə iri ticarət mərkəzlərinin sayı 27% artaraq 412-yə, dövriyyəsi isə 2 dəfədən çox artaraq 132 milyard lirəyə çatıb.
Ticarət mərkəzlərinin ticarət və xidmət sektorunda böyük yer tutması digər sahibkarları narahat etməyə başlayıb. TESK rəhbərliyi bildirir ki, belə vəziyyət sahibkarların çörəyini bölür, qazancını azaldır: «Bütün sahibkarlarımızın çörəyini bölən ticarət mərkəzlərinin açılıb-bağlanma saatları daraldılaraq təkrar təşkil edilməli və qayda kimi tətbiq olunmalıdır" – Palandökən bildirib.
Eləcə də bax: Türkiyə ticarət mərkəzlərində satışlar - REKORD VURDU
Ticarət mərkəzlərində bərbər, dərzi kimi az qala bütün biznesmen qollarında işləyən mağazalar olduğuna toxunan Palandöken, bunların öz xidmət vasitələriylə həmin sahədə çalışan digər sahibkarların biznesinə mane olduğunu bildirib. TESK hesab edir ki, bunun qarşısını almaq üçün ən yaxşı üsul AVM-lərin işinin qrafikə salınması və bəz günlərdə onların işləməməsidir: « Sahibkarların ən çox işinin olduğu zamanlarda ticarət mərkələri bağlı olmalıdır. Bununla belə bayramlarda və xüsusi günlərdə əhali ən çox ticarət mərkəzlərinə üz tutur. Bayramlar, xüsusi günlər kimi zamanlarda ticarət mərkəzlərinin bağlı olması lazımdır».
Qeyd edək ki, artıq Türkiyənin bəzi ərazilərində bu qaydaların tətbiqi başlayıb. Belə ki, Ankara və Antalyada bələdiyyə tərəfindən bayramlarda ticarət mərkəzlərinin bağlı olması qərara alınıb. «Bu qərarın bütün bələdiyyələrə nümunə olmasını istəyirik»-deyə Palandökən bildirib.
«İri ticarət mərkəzləri çörəyimizi əlimizdən alır»
10:11
31 Yan 2019