2018-ci ildə Türkiyənin alış veriş mərkəzlərində (AVM) ticarət həcmi rekord həddə çatıb. FED.az xəbər verir ki, bu barədə Türkiyənin Sahibkarlar və Sənətkarlar Konfederasiyasının (TESK) rəhbəri Bendevi Palandöken bildirib.
Türkiyədə AVM-lərin sayı sürətlə artmaqdadır. TESK-in rəhbəri bildirib ki, son 5 ildə ticarət mərkəzlərinin (AVM) sayı 27,5% artaraq 412-ə çatıb. Başqa sözlə, son 5 ildə ölkədə 90-a yaxın ticarət mərkəzi açılıb.
Ticarət mərkəzlərinin dövriyyəsi də sürətlə yüksəlir. Son 5 ildə ticarət mərkəzlərinin dövriyyəsi 120% artaraq 60 mlrd lirədən 132 mlrd lirəyə yüksəlib.
Bu ilin sonunda ticarət mərkəzlərinin sayının 450-ə çatacağı, 2023-cü ildə isə dövriyyə hədəfinin 200 Milyard lirə olacağı gözlənilir.
Türkiyə ticarət mərkəzlərində satışlar - REKORD VURDU
09:30
31 Yan 2019