Türkiyədə pərakəndə satış bazarının kiçik iştirakçıları – məhəllə dükanları və bu sahədə çalışan sahibkarlar - ticarət şəbəkələrinin hecemonluğuna qarşı çıxıblar.
Eləcə də bax: “Marketi tikib içini doldursaq da, İcra Hakimiyyəti açmağa qoymur” - FOTOLAR
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dükançıların təşkilatı olan Türkiyə Biznesmen və Sənətkarlar Konfederasiyası (TESK) pərakəndə satış haqqında qanununda dəyişiklik edilməsini tələb edib.
TESK zəncir marketlər tərəfindən satılan məhsulların məhdudlaşdırılmasını istəyir.
Türkiyə Biznesmen və Sənətkarlar Konfederasiyasının (TESK) sədri Bendevi Palandöken bildirib ki, bazarda qiymət sabitliyini təmin etmək və esnafı qorumaq üçün Pərakəndə Satış Qanununda dəyişiklik edilməli, haqsız rəqabətin qarşısını almaq üçün «Bazarda iştirakçıların sayı artırılmalıdır».
Palandöken, esnafın böyük müəssisələrlə mübarizəsinin davam etdiyini ifadə etdi.
Pərakəndə Satış Qanununda dəyişiklik etmək istəyən Palandöken, «Haqsız rəqabətin qarşısı alınaraq bazardakı aktyorların sayı artırılmalıdır. Tacirlərimizi və istehlakçılarımızı qorumaq və məşğulluğu fərqli etmək üçün kiçik biznesə dəstək verilməlidir»-deyə bildirib.
TSEK sədri bildirib ki, hazırda ticarət şəbəkələrində hər şey satılır – «texnologiya, tekstil, ayaqqabı, kosmetika, ağ əşya (yəni ev üçün məişət avadanlıqları), mebel, xalça, kiçik məişət texnikası, dəftərxana ləvazimatları – ümumilikdə 70-80 peşə qrupunun fəaliyyət sahəsinə aid məhsullar şəbəkələrdə satılır. Bu isə bazarda haqsız rəqabət mühiti yaradır». O qeyd edib ki, sözügedən bazarlarda yayda çimərlik məhsulları, qış təkərləri, qışda antifriz və şüşə su, təlim mövsümündə dəftərxana ləvazimatları və qurbanlıq yeməklərdən tutmuş hər şey satılır.
«Zəncirvari marketlər tərəfindən satılan məhsullara məhdudiyyətlər qoyulmalıdır»-deyən qurum rəhbərinin sözlərinə görə, ticarət şəbəkələri bir-birləri ilə razılaşaraq su, yuyucu vasitə və yağ kimi məhsullarda eyni qiymət tətbiq edir, bununla da bazarda qiymətlərin artmasına səbəb olurlar.
Zəncirvari marketlər tərəfindən satılan məhsulların məhdudlaşdırılmasının vacib olduğunu bildirən Palandöken:
«Zəncirvari marketlərdə mobil telefonlar, ağ əşyalar, elektrik məişət texnikası kimi yüksək qiymətə zəmanət verilməli olan məhsullar belə var. Bu məhsulların baxımlı olub-olmaması, qulluq olunub-olunmaması yoxlanılmır. Bu məhsullar sıradan çıxanda istehlakçılar əlaqə saxlaya bilməyən,zəmanət xidmətinə çata bilməyən və ya istədiyi gəliri ala bilməyən çoxlu istehlakçılar var. Belə hallarda mağazalar şəbəkəsi məsələnin ünvançısı olmur və problemin həllində qeyri-funksional olur. Satdığı məhsula sahib ola bilməyənlər həmin məhsulu satmasınlar».
Təşkilat rəhbəri bildirib ki, pərakəndə satış qanununda ediləcək dəyişikliklə şəbəkə mağazaları yalnız ərzaq məhsulları sata bilməlidir.
Palandöken kiçik biznesi, məhəllə marketlərin qorumaq üçün daha bir məsələyə toxunub. Onun sözlərinə görə,
kiçik biznesmenləri qorumaq üçün tədarük zəncirini tənzimləyən daha bir yenilik də həyata keçirilməlidir. Belə ki, tədarükçü şirkətlər kiçik və ya böyük olmasından asılı olmayaraq bütün pərakəndə ticarət müəssisələrinə malı eyni qiymətə satmalıdırlar.
Haqsız rəqabətin qarşısını almaq üçün ticarət şəbəkələrinə qanuni öhdəliklər qoymaq istəyən Palandöken belə bir qiymətləndirmə etdi:
«Zəncirvari marketlərin açılış və bağlanma saatları, kondisioner yerləri, əhaliyə görə açılma dərəcələri, həftədə 1 istirahət günü və işçilərin hüquqlarının qorunması üçün tənzimləmə aparılmalıdır».
TSEK rəhbəri onu da bildirib ki, əhalinin sayı müəyyən həddən aşağı olan ərazilərdə və müəyyən məsafələrdə şəbəkə marketləri açılmamalıdır.