Biznes

İqtisadiyyat Nazirliyi özəl sektordan təkliflər gözləyir

İqtisadiyyat Nazirliyi özəl sektordan  təkliflər gözləyir | FED.az
09:24 30 İyul 2020

İqtisadiyyat Nazirliyi özəl sektorun sənayenin inkişafına və pandemiyanın fəsadlarının aradan qaldırılmasına yönəlmiş təklifləri üçün açıqdır.

Eləcə də bax: “Caspian European Club”da növbəti Online Round Table keçirilib

FED.az xəbər vedrir ki, bu barədə İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov “Caspian European Club”un təşkil etdiyi Online “Round Table” zamanı bildirib.

Tranzit, logistika, freytforvardinq və nəqliyyat üzrə təkliflər müzakirə edilən tədbir zamanı E. Məcidov həmçinin birgə layihələrin, xüsusilə də tranzit kimi rəqabətli biznesin inkişafı məsələsində özəl və dövlət sektorunun səylərinin əhəmiyyətini qeyd edib.

“Caspian European Club”un sədri və baş icraçı direktoru Telman Əliyev Clubun üzv şirkətlərinin top-menecerləri adından açıq və səmimi dialoqa görə E. Məcidova minnətdarlığını bildirib:

"Bizi maraqlandıran bir çox suallara cavab aldıq və əksər problemlərin öz həllini tapacağı tədbirlər dairəsini müəyyənləşdirdik. Məhz buna görə nəqliyyat sektorunun nümayəndələrinin sual və təkliflərinin operativ müzakirəsi üçün birgə işçi qrupun yaradılması ilə bağlı qərar qəbul edildi”.

Digər xəbərlər

Banner