Caspian European Clubun "AZƏRSU" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllının iştirakı ilə təşkil etdiyi Online Round Table çərçivəsində COVİD-19 pandemiyası dövründə sahibkarların “AZƏRSU” ASC ilə əməkdaşlıq üzrə sual və təklifləri müzakirə olunub.
Eləcə də bax: “Caspian European Club” “Online Round Table” keçirib
Fed.az xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. İki saatdan artıq davam edən Online Round Table-in iştirakçılarını salamlayan Anar Cəbrayıllı isehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən, iqlim dəyişmələrinin su ehtiyatlarına, o cümlədən əhalinin içməli ilə təminatına təsirləri barədə məlumat verib.
O vurğulayıb ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə içməli su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr icra olunub. Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan kanalının və Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin, eləcə də Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Abşeron yarımadasının, o cümlədən Bakı şəhərinin dayanıqlı su təminatına imkan yaradıb.
Bu layihələr dolayısı ilə regionda yaşayan insanların (Şirvan, Salyan, Biləsuvar, Sabirabad, Saatlı şəhərləri və bəzi kəndlərin sakinlərinin) keyfiyyətli içməli suya çıxışlarını təmin edib.
A.Cəbrayıllı son dövlər müşahidə olunan quraqlıq nəticəsində bəiz bölgələrdə içməli su mənbələrində məhsuldarlığını azalıdığın, bunu nəzərə Şamaxı, ,əki, Tovuz, Gədəbəy, Lerik şəhərlərio üçün alternative mənbələrin yaradıldığın diqqətə çatdırdı. A.Cəbrayıllı belə şəraitdə hər bir kəs içməli sudan qənaətlə istifdə etməli, içməli sudan digər məqsədlərlə istifadə olunan suya xüsusui diqqət yetirilməli olduğunu işti olduğunu iştirkaçəlarım diqqətinə çatdırdı.
Anar Cəbarıllı Caspian European Club-un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb, onların təkliflərini dinləyib və bütün məlumatları “AZƏRSU” ASC-nin rəhbərliyinə çatdıracağını söz verib.
Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından Anar Cəbrayıllıya təşəkkür edib. “Bu gün olduqca qızğın debatlar getdi, maraqlandığımız bir çox suallara cavab aldıq və problemlərin əksəriyyətinin öz həllini tapacağı tədbirlər dairəsini müəyyənləşdirdik. Məhz buna görə biznes nümayəndələrinin sual və təkliflərini operativ müzakirə etmək üçün Caspian European Club ilə “AZƏRSU” ASC arasında bigə işçi qrupun yaradılması barədə qərar qəbul etdik”, - deyə o bildirib.
“Online Round Table” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən sahibkarların problem və təkliflərinin müzakirəsi üçün “Caspian European Club” tərəfindən yaradılıb.
Sıralarında 50 ölkədən olan 5 000 çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda təsis olunub. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian European Club”un əsas məqsədi Azərbaycanda və qurumun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma rolunu oynayan “Caspian European Club” mütəmadi olaraq “CEO Brunch”, “CEO Lunch”, “Business Tour” və sair kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar keçirilir. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.