Amerikanın “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu milyarder İlon Mask “Time” jurnalı tərəfindən “2021-ci ilin adamı” seçilib.
Eləcə də bax: İlon Mask “Tesla” səhmlərindən daha 1 milyard dollar - Mənfəət Əldə Etdi
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, anons mərasimi “YouTube”da yayımlanıb.
2020-ci ildə “İlin adamı” nominasiyasının qalibləri ABŞ-ın hazırkı prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris olub. Bir il əvvəl jurnal bu adı ekofəal Qreta Qunberqə verib.