“Tesla” elektrik avtomobil istehsalçısının rəhbəri İlon Mask öz şirkətinin 934 min səhmini 1,01 milyard dollara satıb.
Eləcə də bax: "Tesla" səhmləri Maskın açıqlaması ilə - UCUZLAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edilmiş sənədlərdən məlum olur.
Mask 2,1 milyon səhmin vahidi 6,24 dollardan almaq hüququ ilə opsionlardan istifadə edib. Noyabrın əvvəlindən Mask öz “Twitter” səhifəsində aktivlərinin 10%-ni satıb-satmaması ilə bağlı sorğu keçirdikdən bəri sahibkar 10,9 milyard dollar dəyərində 10,1 milyon səhm atıb.
Real vaxt rejimində aparılan milyarderlərin “Forbes” reytinqinə əsasən, İlon Mask tarixdə sərvəti 300 milyard dolları keçən ilk şəxs olub. Hazırda onun sərvəti 283 milyard dollar qiymətləndirilir.
Xatırladaq ki, noyabrın 6-da dünyanın ən zəngin adamlarından olan İlon Mask şəxsi “Twitter” hesabında maraqlı sorğu keçirib. O, 63 milyon izləyicisinə “Tesla səhmlərimin 10 faizini satmağı təklif edirəm, bunu dəstəkləyirsinizmi?”, - sual ünvanlayıb.
Sorğuda 3,5 milyondan çox “Twitter” istifadəçisi iştirak edib. Sorğuda iştirak edənlərin 57,9 faizi Maskın səhmlərini satışını dəstəklədiyini bildirmişdi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.