Ələt azad iqtisadi zonada icazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Biznes Xidmətləri Mərkəzi fəaliyyətə başlayacaq.
Prezident Ələt İqtisadi Zonası barədə - FƏRMAN İMZALADI – ZONA NECƏ İŞLƏYƏCƏK? – SON VƏZİYYƏT
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrində bildirilir ki, növbəti ilin dövlət büdcəsində Ələt azad iqtisadi zonada bütün lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Biznes Xidmətləri Mərkəzinin (“One-Stop Shop” Business Centre) fəaliyyətinin təmin edilməsi ilə bağlı xərclər üçün 10,3 milyon manat məbləğində vəsait proqnozlaşdırılır.
Biznes Xidmətləri Mərkəzi – Azad Zona səlahiyyətli qurumu tərəfindən yaradılan, Azad Zonada bütün lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Azad Zona inzibati qurumudur. (Marja)