Hollandiyanın tanınmış şirkəti, ölkəmizdə 23 ildir fəaliyyət göstərən "AA Servises" şirkətinin Azərbaycandakı 2 filialından biri fəaliyyətini dayandırdığını və ləğv olunduğunu elan edib (VÖEN: 9900026961).
FED.az məlumat verir ki, elana əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 3001-ci məhəllə ünvanına bildirə bilərlər.
Eləcə də bax: “SUEZ GROUPE” şirkəti Azərbaycanda işini - DAVAM ETDİRİR
Şirkətdən FED.az-a bildirilib ki, indiyədək "AA Services" şirkətlər grupunun Azərbaycanda iki filialı fəaliyyət göstərirdi. İndi isə iki filialın fəaliyyətini bir strukturda birləşdirmək qərara alınıb.
"Sözügedən filial da bu məqsədlə ləğv edilib. Qrup fəaliyyətini Azərbaycanda neft və qaz sənayesi üçün tullantıların idarə olunması və çən təmizlənməsi işlərini yerine yetirən Birgə Müəssisəsi “AAS–ATE BM” MMC ilə davam etdirir və işçi heyəti birgə müəssisəyə keçirilib"-deyə AA Services"dən bildirilib.
Qeyd edək ki, "AA services" Azərbaycanda neft tullantılarının emalı və daşınması ilə məşğul olub.