Öz sahəsində dünya lideri sayılan “SUEZ GROUPE” malik olduğu 150 illik təcrübə ilə dünyanın 100-dən çox ölkəsində 90 mindən çox işçi ilə resursların səmərəli və dayanıqlı şəkildə idarə olunması sahəsində fəaliyyət göstərir.
Şirkətin Bakı nümayəndəliyindən FED.az-a verilən məlumata görə, «SUEZ» artıq 16 ildir ki, Azərbaycanda dövlət və sənaye sektoru, o cümlədən su-kanalizasiya və tullantıların idarə olunması istiqamətlərində ağıllı və ekoloji cəhətdən səmərəli həllər tətbiq edərək ölkə iqtisadiyyatının və ətraf mühitin inkişafına töhfə verir.
İndiyədək SUEZ-in Azərbaycanda 2 filialı fəaliyyət göstərirdi. Bir qədər əvvəl filiallardan biri fəaliyyətini dayandırıb. Şirkətdən bildirilir ki, ləğv olunan filial SWTS (SUEZ Water Technologies and Solutions) adından Azərbaycanda 2017-ci il sentyabr ayından fəaliyyət göstərirdi. İki filialın fəaliyyətini bir strukturda birləşdirmək qərara alınıb. Bu məqsədlə sözügedən filial ləğv olunub və işçi heyəti artıq 2019-cu ilin may ayında SUEZ GROUPE filialına köçürülüb.