3 şirkət ləğv olunaraq “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi” MMC-yə qoşulub.
Eləcə də bax: Şirkətin rəhbərliyi yenidən formalaşdırılacaq - İCLAS
FED.az xəbər verir ki, ləğv edilən şirkətlər “Dədə Qorqud adına İstirahət Mərkəzi” MMC, “Kometa-K” MMC və “BB İnternəşnl a Konstrukşn Kompani AZE” MMC-dir.
Şirkətlərin qoşulmasından sonra “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi” MMC yenidən təşkil olunub.
Qeyd edəki ki, “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi” MMC 27 milyon 85 min manat kapitalla 10 avqust 2001-ci ildə yaradılıb. Qanuni təmsilçi Aygün Mikayılova Arif qızıdır.
Ləğv edilən şirkətlərin hər üçünün qanuni təmsilçisi Bağır Bağırov Baladadaş oğludur.
“BB İnternəşnl a Konstrukşn Kompani AZE” MMC şirkətinin nizamnamə kapitalı 12 milyon avrodur. Şirkət 31 iyul 2007-ci ildə yaradılıb.
“Kometa-K” MMC də 31 iyul 2007-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 500 avrodur.
“Dədə Qorqud adına İstirahət Mərkəzi” MMC 1 il sonra 31 iyul 2008-də yaradılıb. Bu şirkətin kapitalı 100 manatdır.