“Sabunçu Ticarət Təchizat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 26 oktyabr 2020-ci il saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Frunze küçəsi 13 nömrəli ünvanda keçiriləcək.
Eləcə də bax: Şirkətin səhmdarları maliyyə xərclərini nəzərdən keçirəcəklər - YIĞINCAQ
FED.az xəbər verir ki, iclasın gündəliyi səhmdar cəmiyyətin 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə idarə heyətinin hesabatı, müşahidə şurası (direktorlar şurası), icra orqanı və təftiş komissiyasının formalaşdırılması və digər məsələlər daxildir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu- (050) 340 -12- 09.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 90 min 162 manat, qanuni təmsilçisi isə Yusif Əşrəf oğlu Musayevdir.