Azərbaycanda cəmi həyat sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 87 milyon 75 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 441 min manat və ya 25% çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 69 milyon 634 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 60 milyon 46 min manat təşkil edib ki, bu da illik müqayisədə 22 milyon 529 min manat və ya 60% çoxdur.
Əvvəlki ilin eyni dövründə 37 milyon 517 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 69% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 15% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 54% təşkil edib.