Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) iş adamlarını bu ərazidə fəaliyyət göstərən biznes inkubatora dəvət edib.
Dövlət satınalmalarında kiçik və orta biznesə - «YAŞIL İŞIQ»
FED.az xəbər verir ki, biznes inkubatoru yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin, o cümlədən gənclərin səmərəli sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə onlara kompleks texniki-təşkilati və inzibati təsərrüfat xidmətləri göstərməsini nəzərdə tutur.
Texnoparkda biznes inkubatoru rezidentlərinə aşağıdakı xidmətlər göstərilir:
- Ofis;
- Biznes konsultasiya (hüquq, maliyyə və s.);
- İnvestisiyanın cəlb olunmasına dəstək;
- Reklam dəstəyi;
- Mentor dəstəyi və s.
YT Parkda fəaliyyət göstərən inkubator rezidentlərinə lazımi şərait və müəyyən güzəştləri də verilir. Belə ki, rezidentlər zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya və s. kommunal-kommunikasiya xidmətləri ilə təmin olunurlar.
«Texnopark elm və innovasiya yönümlü, texnologiya tutumlu istehsala başlamaq istəyən sahibkarları biznes inkubatoru rezidenti olmağa, yaradılmış imkanlardan istifadə etməyə, həmçinin səmərəli əməkdaşlığa dəvət edir»-deyə dəvət müraciətində deyilir.
Hazırda YT Park Rusiya, Çin, Koreya, İran, İsrail, Çexiya və digər ölkələrin özəl şirkətləri, elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq edir.
İnkubator rezidenti olmaq istəyən namizədlər üçün Yüksək Texnologiyalar Parkının www.ameaytp.az saytında müvafiq məlumatlar yerləşdirilib.
Əlaqələndirici şəxs: Aysel Qədirova
Əlaqə nömrəsi: (+994 12) 376 67 56
E-mail: [email protected]; [email protected]