4 iyun 2024-cü il saat 11.00-da “Hədiyyələr” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirələcəkdir.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə daxildir:
1. 2023-cü ilin yekunları üzrə cəmiyyətin icra orqanının hesabatının dinlənilməsi və balansın təsdiqi.
2. Cəmiyyətin müşahidə şurasının və onun sədrinin seçilməsi.
3. Müfəttişin təyin edilməsi.
Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə 2024-cü il mayın 29-da cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür.
Telefon- 012-560-09-71.
Ünvan- Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 31.