“Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yaxın vaxtlarda biznesə mineral resursların özəlləşdirilməsi ilə bağlı 100 yeni layihə təklif edəcək”.
Eləcə də bax: “Gürcüstan-Azərbaycan sərhədində - YENİ KEÇİD MƏNTƏQƏSİ TİKİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.
O deyib ki, təbii resursların effektiv idarə olunması hökumətin prioritetlərindən biridir: “Bu layihələr ölkə iqtisadiyyatına gələcək illərdə 120 milyonluq həcmdə investisiya bazasının yaradılmasına imkan verəcək”.
G.Qaxaria qeyd edib ki, hökumətin iki ay bundan öncə biznesə təklif etdiyi 100 obyektdən 38-dən çoxu artıq özəlləşdirilib və dövlət büdcəsinə kifayət qədər ciddi gəlirlər daxil olub.