“Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsinin inşası gündəmdədir”.
Eləcə də bax: Təbrizlə Culfa arasında sərnişin qatarı - İŞƏ DÜŞÜB - BİR AY PULSUZ İŞLƏYƏCƏK
FED.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava bildirib.
O, mövcud gömrük infrastrukturunun bərpa etdirilməsi və modernləşdirilməsi ilə bağlı planların da olduğunu deyib.
L.Kakavanın sözlərinə görə, dost ölkələrlə avtomatik məlumat mübadiləsinin tətbiqi sərhədlərdən keçən əmtəə və yüklərin hərəkətinin daha yaxşı idarə olunması və özəl sektorun ticarətlə bağlı xərclərinin azaldılmasına imkan verir.