Ödəniş və logistika ilə bağlı çətinliklərin olmaması Gürcüstan Rusiya ən çox şərab satan ölklər siyahısında 2-ci yeri tutub.
Rusiyada sanksiyalara görə - ÇAXIR TIXACI PROBLEMİ YARANIB
FED.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, birinci rübdə Rusiyaya Gürcüstandan şərabların idxalı 49% artıb. Bu Gürcüstana İspaniyanı sıxışdırmağa və aparıcı idxalçı olan İtaliyaya yaxınlaşmağa imkan verib. İdxalçılar hesab edir ki, bu tendensiya uzunmüddətli perspektivdə də davam edəcək.
2023-cü ilin birinci rübünün nəticələrinə əsasən, Gürcüstan Rusiyaya şərabların ikinci tədarükçüsüdür. Gürcüstan siyahıda İspaniyanı qabaqlayıb.
Yanvar-mart aylarında Gürcüstandan Rusiyaya 13,1 milyon litr şərablar idxal edilib ki, bu da bir il əvvələ nisbətən 49% çoxdur.
Bu dövr ərzində İspaniyadan idxal 11% artaraq 12,2 milyon litr təşkil edib. Birinci yeri saxlayan İtaliyadan idxal 15% artaraq 13,4 milyon litr olub. Birinci rübdə Rusiya Federasiyasına bu cür spirtli içkilərin bütün idxalı 30% artaraq 73,1 milyon litrə çatıb. (Marja)