Biznes

Gürcüstan Azərbaycandan idxalı - AZALDIB

Gürcüstan Azərbaycandan idxalı - AZALDIB | FED.az
11:54 19 Noy 2019

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 427 mln. 466,1 min dollar dəyərində məhsul idxal edib.

FED.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Eləcə də bax: Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosu - 25% OLUB

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycana idxalında 5,8% azalma qeydə alınıb.

Azərbaycanın qonşu ölkənin ümumi idxalındakı payı 5,8% təşkil edib.

Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.

Report

Digər xəbərlər