Banner
Banner

Biznes

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosu - 25% OLUB

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosu - 25% OLUB | FED.az
10:40 18 Noy 2019

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 555 512, 93 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56 125,52 min dollar və ya 11,2% çoxdur.

FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk on ayında Azərbaycandan Gürcüstana ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 70 893,56 min dollar və ya 16,7% artaraq 495 567,65 min dollar, idxalın həcmi isə 14 768,04 min dollar və ya 19,8% azalaraq 59 945,28 min dollar təşkil edib.

Eləcə də bax: Yaşamaq üçün Gürcüstana gedən azərbaycanlıların sayı - AÇIQLANDI

Nəticədə, hesabat dövründə 435 622,37 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 85 661,6 min dollar və ya 24,5% çoxdur.

Apa

Banner

Digər xəbərlər