İyulun 26-da da «Göyəzən» ASC-nin səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Azərbaycan şirkəti ləğv ediləcək - ƏMLAKI BÖLÜNƏCƏK
FED.az xəbər verir ki, toplantıda "Göyəzən" ASC-nin Direktorlar şurasının (Müşahidə Şurasının) tərkibinin yenilənməsi, ASC-nin nizamnaməsinə dəyişiklik edilməsi, "Göyəzən" ASC-nin fəaliyyətinə dair illik maliyyə hesabatının dinlənilməsi, eləcə də, "Göyəzən" ASC-nin maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil kənar auditorun cəlb edilməsi müzakirə ediləcək.
Yığıncağ "Göyəzən" ASC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 116-da (yeni qaydalarla 196) yerləşən inzibati binada keçiriləcək.