İyulun 6-da «Sosialtikinti» ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Əli Həsənova məxsus şirkət - BAĞLANIR
FED.az xəbər verir ki, iclasda baxılacaq əsas məsələ cəmiyyətin ləğv edilməsi və əmlakının bölünməsi olacaq.
Belə ki, ləğvetmə komissiyası adından yayılan elanda bildirilir ki, toplantıda cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi, cəmiyyətin qalıq əmlakının (pul vəsaitinin) səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq olunması və digər məsələlər müzakirə ediləcək.
Müəssisədən FED.az-a bildirilib ki, şirkət artıq 7 ilə yaxınlır ki, fəaliyyətsizdir, sifarişləri və apardığı tikintiləri yoxdur. Ona görə də səhmdarlar müəssisənin ləğvinə qərar veriblir.
Səhmdarlar yığıncaqda müzakirə ediləcək sənədlərlə hər həftənin iş günləri, saat 10.00-dan 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər.
Yığıncaqda səhmdarların iştirakı vacibdir.
Ünvan- Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi 66.