21 fevral 2023-cü il saat 11.00-da Göyçay şəhəri, sənaye zonasında “Göyçay-Süd” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Səhmdar cəmiyyətə yeni sədr seçilir - YIĞINCAQ
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər:
1. “Göyçay-Süd” ASC səhmdarının dəyişməsi ilə əlaqədar dəyişikliyin qeydiyyata alınması.
2. Səhmdarın dəyişməsi ilə əlaqədar “Göyçay-Süd” ASC-nin nizamnaməsinə dəyişikliyin edilməsi və dəyişiklik layihəsinin təsdiqlənməsi.
3. Dəyişikliyin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin təyin olunması və müvafiq qeydiyyat orqanına müraciət edilməsi.
Ümumi yığıncağın gündəliyinin materialları ilə əlavə məlumatları (materialları) Göyçay şəhəri, sənaye zonasında əldə etmək olar.
"Göyçay-Süd" Açıq Səhmdar Cəmiyyəti süd məhsulları, meyvə şirələri və nektarları istehsalı ilə məşqul olan Azərbaycanda yaradılmış ilk müəssisələrdən biridir. "Göyçay-Süd" ASC-i 1998 ci ildə mövcud Göyçay Süd Zavodunun bazasında "Milk Pro Ltd" şirkəti ilə müştərək olaraq təsis edilmişdir. Özəlləşdirildikdən sonra müəssisə tamamilə yenidən qurulmuş və 2002ci ildən başlayaraq kütləvi məhsul istehsalına başlamışdır. "Göyçay-Süd" ASCdə "Sevimli-Dad", "Çanax" (süd məhsulları), "4U", "GARNET", "SONTI" (meyvə şirələri və nektarları, konsentratlar) markaları altında keyfiyyətli və müasir tələblərə cavab verən 40-dan çox adda süd məhsulları və meyvə şirələri istehsal edildiyi bildirilirdi.