06 mart 2023-cü il saat 10:30-da “Bakı Körpü-Tunel” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İki şirkət təşkilati-hüquqi formasını dəyişdi
FED.az bu barədə “Bakı Körpü-Tunel” ASC-nin İdarə Heyətnin elanına istinadla xəbər verir.
Gündəlikdəki məsələlər:
- Cəmiyyətin İdarə Heyətinin sədrinin yenidən seçilməsi.
- Cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.
- “Bakı Körpü-Tunel” ASC-nin 2022-ci il üzrə maliyyə balansının təsdiq edilməsi.
- Digər məsələlər.
Xatırladaq ki, ASC 1999-cu ildə yaradılıb və 751420 manat nizamnamə kapitalı var. Onun hazırda İdarə Heyətinin sədri Kamran Quliyev Hafiz oğludur.