“Gilan Holding” MMC-yə yaxın olan şirkət “Gilan Dairy Farms” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.
Eləcə də bax: “Gilan” brendindən çıxan zavoda bu şəxs - RƏHBƏRLİK EDƏCƏK
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 1 100 manatdan 7 224 450 manata çatdırılıb. Bu da 7 223 350 manat, yaxud 6.6 min dəfə artım deməkdir.
“Gilan Dairy Farms” MMC 2015-ci ildə yaradılıb və Gilan Holding-lə eyni ünvanda Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466 ünvanında qeydiyyata alınıb.