Azərbaycanda iri holdinqlərdən biri olmuş “Gilan Holding” MMC adını dəyişdirib.
«GİLAN»ın vaxtilə məşhur olan daha - 25 ŞİRKƏTİ LƏĞV EDİLİR – TANINMIŞ ADLAR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Gilan Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1400725191) 2023-cü ilin ikinci rübündən etibarən “Xəzri Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti adlanırılacaq.
Holdinq 2005-ci ildə təsis edilmişdi. Şirkətin nizamnamə kapitalı 2022-ci ci ilə qədər 98 483 064 manat olsa da, sonradan kəskin azaldılmaqla 100 manata endirilmişdi.
Şirkətin həmçinin bir neçə şirkəti adını dəyişdirməklə “ABA” brendi altında fəaliyətlərinə davam etmişdilər.
Yarandığı gündən ona rəhbərlik edən Cəmil Muradov Tahir oğlu 2022-ci ilin sentyabrından şirkətin rəhbəri kimi vəzifəsən azad edilərək onun yerinə Mübariz Hüseynov Əhmədağa oğlu təyin edilmişdi.
“Gilan Holdinq” fəaliyyətdə olduğu müddət maliyyə, daşınmaz əmlak, turizm, qida sənayesi, inşaat və aqrar sahələrdə müxtəlif adda şirkətləri vardı.
Holdinqin adını daşıyacaq şirkətə hazırda Mübariz Hüseynov rəhbərlik edir. Şirkətin hüquqi ünvanı dəyişməz qalaraq Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466, yəni “Capital Towers”dir.
Şirkətin adı dəyişdirildikdən sonra, 6 şirkət “Xəzri Solutions” MMC-yə qoşulur və bunun nəticəsində yenidən təşkil olunduğunu elan edib:
“Opsion” MMC
“Divident” MMC
“Reform Ko” MMC
“Alqoritm.Az” MMC
“Veksel” MMC
“Dempinq.Az”MMC