«Gəmiqaya» şirkətlər qrupuna daxil olan daha iki şirkət parçalanır və yenidən qurulur.
Eləcə də bax: Növbə «Gəmiqaya Holdinq»ə də çatdı – 12 ŞİRKƏTİ KAPİTALINI AZALDIR
FED.az xəbər verir ki, bu barədə şirkətlər açıqlama yayıb.
Dəyişikliyə əsasən "Gəmiqaya Meyvə Məhsullari" MMC parçalanır, onun tərkibindən "RASFARM" MMC ayrılır və nəticədə "Gəmiqaya Meyvə Məhsullari" MMC yenidən təşkil olunur.
Bundan başqa, «Gəmiqaya holdinq» şirkətlər ittifaqinin «Gəmiqaya Nəqliyyat» MMC də parçalanır, onun tərkibpindən «Gəmiqaya Servis» MMC ayrılır və nəticədə «Gəmiqaya Nəqliyyat» MMC yenidən təşkil olunur.