Dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar ayında daşınmış yüklərin həcmi 628,1 min ton təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu əvvəlki ilin yanvar ayına nisbətən 11,2 faiz çoxdur.
Yüklərin 52,3 faizini neft yükləri təşki ledib.
Dəniz limanları tərəfindən 1006,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 813,5 min tonunu və ya 80,8 faizini tranzit yüklər təşkil edib.
2024-cü il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 69,7 min ton olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin yanvar ayına nisbətən 11,8 faiz artaraq 1,9 min nəfər olub.