Dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar ayında 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 7,0 faiz azalma, sərnişin daşınmasında isə 30,1 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 326 vaqon yüklənmiş, 366 vaqon isə boşaldıllıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetiriib.