FED.az Banker.az-a istinadən Wealth-X şirkətinin tərtib etdiyi milyonçular üçün ən perspektivli sənaye sahələrinin reytinqini təqdim edir:
Eləcə də bax: Pandemiyanın yaratdığı - YENİ PEŞƏLƏR HANSILARDIR?
Tədqiqat zamanı 5 milyon dollardan çox sərvətə sahib olan minlərlə insan haqqında məlumatlar təhlil edilib. Bu barədə Business Insider məlumat verib.
1. Bank işi və maliyyə. Wealth-X-in verdiyi məlumata görə, sərvəti 5 milyon dollardan çox olan insanların çoxu sərvətini bank işi və ya maliyyə sahəsində qazanıb – 22,6%.
2. İstehlak xidmətləri. Zəngin adamların 16%-i sərvətini istehlak xidmətləri sahəsində qazanıb.
3. Qeyri-kommersiya və ictimai təşkilatlar. Wealth-X-in verdiyi məlumata görə, zəngin adamların 7%-i pulsuz çalışır. Buna baxmayaraq, onların çoxu (məsələn, Bill Qeyts və Melinda Qeyts) öz sərvətini digər sahədə qazanıb.
4. Daşınmaz əmlak. Bu sahədə zəngin adamların 5,4%-i çalışır.
5. Səhiyyə. Sərvəti 5 milyon dollardan çox olan insanların 4,9%-i pullarını səhiyyə sektorunda qazanıb.
6. Texnologiyalar. Texnologiya milyarderləri, məsələn, Bill Qeyts, Mark Çukerberq və Larri Peyc dünyanın ən zəngin adamları sırasında olsalar da, bu sənayenin payı cəmi 4,7%-dir.
7. İstehsal. Wealth-X-in verdiyi məlumata görə, zəngin adamların 4,1%-i öz sərvətini istehsal sahəsində qazanıb.
8. Otelçilik və əyləncə. Otelçilik və əyləncə sahəsində qazanc götürmüş milyonçuların payı 4,1% təşkil edir.
9. Tikinti və texnika istehsalı. Zəngin adamların 3,9%-i bu sənayenin payına düşür.
10. Qida və içkilər. Wealth-X-in verdiyi məlumata görə, iş adamlarının cəmi 3,8%-i bu sahədə 5 milyon dollardan çox qazanc əldə etmişdir.