Fransanın idman malları mağazaları şəbəkəsi Decathlon hazırda şirkətin Rusiyadakı biznesi üçün alıcı axtarır, sövdələşmə tezliklə hökumət komissiyasına təqdim oluna bilər.
“Swarovski” Rusiyadakı biznesini tamamilə bağladığını - ELAN EDİB
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının dövlət katibi, Sənaye və Ticarət Nazirliyinin rəis müavini Viktor Evtuxov bildirib.
"Biz Decathlon biznesinin hissə-hissə satışına icazə vermədik və bildiyimizə görə, bu şirkət hazırda alıcı axtarır. Ola bilsin ki, hətta yaxın vaxtlarda sənədlər də təqdim olunacaq. Siz tələbləri bilirsiniz, satıcı bazar qiymətinin 50%-dən çoxunu əldə edə bilməz”, - deyə o bildirib. (Marja)