Avstriyanın “Swarovski” zərgərlik şirkəti Rusiya bazarını tərk edib.
Rusiya şirkəti “Şəki Şərab” zavodunda köpüklənən şərabların - İSTEHSALINA BAŞLADI - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə məlumatı şirkətin baş direktoru Aleksis Nazard Avstriya qəzetinə verdiyi açıqlamada söyləyib.
“Bu ildən başlanılan proses yekunlaşdı, “Swarovski” tamamilə Rusiya bazarını tərk etdi”, - deyə şirkətin baş direktoru vurğulayıb.
Qeyd edək ki, artıq 2022-ci ilin mart ayından başlayaraq zərgərlik şirkəti Rusiyada satışı, o cümlədən onlayn ticarəti dayandırıb.
Məlumat üçün əlavə edək ki, Avstriyanın “Swarovski” zərgərlik şirkəti 1985-ci ildə yaradılıb. (Oxu.az)