Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tam dəstəkləyir.
Eləcə də bax: İlham Əliyev: "Fransa Prezidenti mənə iki dəfə zəng edib" - MÜSAHİBƏ, TAM MƏTN
Palatadan FED.az-a verilən məlumata görə, Ermənistanın Azərbaycana qarşı bütün hərbi hücumlarını, eləcə də münaqişə zonasından kənarda mülki şəxsləri və infrastruktur obyektlərini hədəfə almasını qınayır.
Palata Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmağa və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə çağırır.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda davam edən hərbi əməliyyatlarda şəhid olan mülki və hərbi qulluqçuların ailələrinə başsağlığı verir, yaralıların tez sağalmasını diləyir.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda qeydiyyatdan keçmiş və 60-dan çox beynəlxalq və yerli üzv şirkətin maraqlarını təmsil edən müstəqil qeyri-hökumət təşkilatıdır.
Palata üzvləri arasında 14 fransız şirkəti, eləcə də Avstriya, Britaniya və sair ölkələrin şirkətləri var. Palata heç bir ictimai və ya beynəlxalq təşkilatı təmsil etmir, həmin təşkilatların bir hissəsi deyil.