“Forbes jurnalı 2018-ci ilin qazanan və itirən milyarderlərinin siyahısını hazırlayıb.
FED.az xəbər verir ki, qazanan milyarderlərin sırasında birinci yeri “Amazon”un qurucusu Jef Bezos tutur. Ötən ilin 29 dekabrından bu il dekabrın 17-dək onun sərvəti 28 milyard dollar artaraq 126,2 milyard dollara çatıb.
Eləcə də bax: Azərbaycanda sahibkarları daha 2 il yoxlamayacaqlar - QANUNA DƏYİŞİKLİK
İtirən milyarderlər
1.İlin ən çox itirən milyarderi isə Facebook rəhbəri Mark Zukerberqdir. Qeyd edək ki, o, il ərzində 18,7 milyard dollar itirib.
2. 59, 6 milyard dollar sərvəti olan “İnditex” geyim üzrə satış mərkəzinin qurucularından olan Amansio Orteqa 16,2 milyard dollar itirib.
3.12,4 milyard dollar vəsaiti olan “Schaeffler Auto” şirkətinin rəhbəri Cord Şefler 14 milyard dollar itirib.
4. “Tencent” rəhbəri, 35,1 milyard dollar sərvəti olan Ma Huatenq 10,1 milyard dollar itirib.
5. “America Movil” şirkətinin rəhbəri , ümumi sərvəti 56,8 milyard dollar olan Karlos Slim Helu 9,3 milyard dollar itirib.
Qazanan milyarderlər
1.Birinci yeri “Amazon”un qurucusu Jef Bezos tutur. Ötən ilin 29 dekabrından bu il dekabrın 17-dək onun sərvəti 28 milyard dollar artaraq 126,2 milyard dollara çatıb.
2. “Fast Retailing” geyim şirkətinin səhmlərinin artması nəticəsində milyarder Tadaşı Yanainin sərvəti 7 milyard dollar artaraq 27,1 milyard dollar olub.
3. Baş icraçı direktoru azərbaycanlı və rusiyalı biznesmen Vahid Ələkbərov olan “Lukoil” şirkətində neft və qazın qiymətinin qalxması nəticəsində milyarderin sərvəti 4,6 milyard dollar artaraq 19,5 milyard dollara çatıb.
4. Mediamaqnatı Rupert Myordokun sərvəti 4,6 milyard dollar artaraq 19,3 milyard dollara çatıb.
5. “Novateka”nın səhmdarı Leonid Mixelsonun sərvəti 4 milyard dollar artaraq 21,4 milyard dollar olub.
6. “Novateka”nın səhmdarı Qennadi Timçenkonun sərvəti 3,8 milyard dollar artaraq 18,9 milyard dollara çatıb.
7. “Microsoft”un sabiq baş icraçı direktoru Stiv Balmerin sərvəti 3,4 milyard dollar artaraq 40,7 milyard dollar olub.
8. “Jio” şirkətinin qurucusu hindistanlı milyarder Mukeş Ambaninin sərvəti 3 milyard dollar artaraq 44,4 milyard dollara çatıb.
9. “Microsoft”un qurucusu Bil Qeytsin varidatı 2,9 milyard dollar artaraq 93,9 milyard dollara çatıb.
10. “Tesla”nın rəhbəri İlon Maskın gəliri 2,8 milyard dollar artaraq 22,5 milyard dollara çatıb.
Mənbə: insider.az