Biznes

Forbes bu il ən çox qazanan və itirən milyarderlərin - ADLARINI AÇIQLAYIB

Forbes bu il ən çox qazanan və itirən milyarderlərin - ADLARINI AÇIQLAYIB | FED.az
16:34 21 Dek 2019

Forbes son 12 ayda ən çox gəlir əldə edən və vəsait itirən milyarderlərin adlarını açıqlayıb.

Eləcə də bax: “Forbes” dünyanın - ƏN NÜFUZLU QADINLARINI AÇIQLADI

FED.az xəbər verir ki, jurnalın əməkdaşları varidatları 1 milyard dolları ötən təxminən 2,2 min şəxs barədə informasiyanı analiz edib. Onların arasında daha uğurlu beş nəfər ümumilikdə 112 milyard dollar qazanıb. Bu siyahıya Fransanın “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun baş direktoru Bernar Arno, ABŞ-ın “Facebook” korporasiyasının rəhbəri Mark Sukerberq, İspaniyanın “Zara” ticarət şəbəkəsinin sahibi Amansio Orteqa, Amerikanın “Microsoft” kompaniyasının sabiq rəhbəri Stiv Balmer, həmçinin Hindistanın “Reliance Industries” holdinqinin sahibi Mukeş Ambani daxildir.

Bernar Arno hesabat dövrü ərzində 40 milyard dollar qazanaraq varidatını 107,7 milyard dollara çatdırıb. Mark Sukerberqə aid olan aktivlərin dəyəri 22,1 milyard dollar artaraq 72 milyard dollara çatıb. Amansio Orteqanın varidatı 17,3 milyard dollar yüksələrək 74,9 milyard dollar təşkil edib. Stiv Balmer həmin dövrə ərzində 16,3 milyard dollar, Mukeş Ambani isə 16,1 milyard dollar qazanıb. Onların varidatları müvafiq olaraq 56,3 milyard dollara və 61 milyard dollara yüksəlib.

Son 12 ayda aktivləri digərlərindən daha çox azalan milyarderlərin siyahısına isə 14,1 milyard dollar itirən hindistanlı milyarder Azim Premji başçılıq edir. Hazırda həmin məbləğin bir hissəsini xeyriyyəçiliyə sərf edən sahibkarın varidatı 7,2 milyard dollara enib. Amerikanın “Amazon” kompaniyasının rəhbəri Ceff Bezosun varidatı boşanmadan sonra əmlak bölgüsü ilə bağlı 13,1 milyard dollar azalaraq 109,7 milyard dollar olub. Buna baxmayaraq o, dünyanın ən varlı insanı olaraq qalır.

Hindistanlı sahibkar Subhas Çandra sahib olduğu kompaniyanın aktivlərinin ucuzlaşması səbəbindən 3,4 milyard dollar itirib. İndi onun varidatı 660 milyon dollardır. Amerikanın “Uber” kompaniyasının banilərindən biri Trevis Kalanikin aktivləri hesabat dövrü ərzində 3,1 milyard dollar dəyər itirərək 2,8 milyard dollar təşkil edib. 2019-cu ildə 3 milyard dollar zərərə uğrayan Çinli biznesmen Yan Çjinin varidatı 2,1 milyard dollara enib.

AZƏRTAC

Digər xəbərlər