Noyabrın 30-da, saat 11:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanında olacaq.
Yığıncağın gündəliyi haqqında məlumat açıqlanmayıb.
İclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün "Bakı Sığorta" ASC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanında yerləşən inzibati binanın 6-cı mərtəbəsində), həmçinin 969 telefon nömrəsi vasitəsilə müraciət etmək olar.