“Final” çayı Sumqayıtda keçirilən çərşənbə axşamı münasibətilə bayram tədbiri təşkil edib. Marka tərəfindən keçirilən lotereyanın sonuncu tirajının qaliblərinə avtomobil təqdim edilib.
FED.az xəbər verir ki, ilkin Həsəninin aparıcılığı ilə baş tutan bayram konsertində müğənni Çinarə Məlikzadə öz ifası ilə tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib. Eyni zamanda tədbiri daha da maraqlı etmək üçün gələn qonaqlar arasında yarışmalar keçirilib, qaliblər müxtəlif hədiyyələr qazanıb.
Qeyd edək ki, 30 ilə yaxındır istehlakçılara təqdim edilən "Final” çayı artıq bir klassikaya çevrilib. Müasir texnologiyaların tətbiqi ilə istehsal edilən bu marka yüksək keyfiyyəti ilə hər kəsin sevimlisi olmağa davam edir.