Almaniyanın Hamburq limanında Azərbaycan əsilli oliqarx Fərhad Əhmədova məxsus “Luna” yaxtasına həbs qoyulub.
Eləcə də bax: İsveçrə Fərhad Əhmədovun bank hesablarını - DONDURUB
FED.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı bildirir.
Məlumata görə, Almaniya Federal Kriminal Polis İdarəsi Rusiyada yaşayan Fərhad Əhmədovun dəbdəbəli gəminin sahibi olan Lixtenşteyn trestinin əsas benefisiarının olduğunu müəyyən edib.
Qeyd edək ki, yaxtanın 400 milyon dollar dəyərində olduğu bildirilir.
(Qafqazinfo)